Cənubi Qafqazda sülh prosesinin irəliləməsi və yeni nəqliyyat dəhlizlərinin açılması regionun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilər. Avropa İttifaqı da bu istiqamətdə region ölkələri ilə əlaqələri intensivləşdirməkdə maraqlıdır.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqaz ölkələri üçün böyük imkanlar görürlər. Nazir Ursula fon der Layenlə görüşdən gəldiyini və Aİ ölkələrinin də regionla intensiv əməkdaşlıq etmək istədiyini qeyd edib.
Yohann Vadeful Ermənistanla Azərbaycan arasında sülh prosesində yeni nəqliyyat dəhlizlərinin açılmasını fürsət kimi qiymətləndirib:
“İki ölkə Vaşinqtonda bu tarixi fürsətdən istifadə edib. Mən, nəhayət, sülh müqaviləsinin imzalanaraq qüvvəyə minməsini çox istəyərdim”.
Zaira Akifqızı
Globalinfo.az