putin makron 1

“Fransa Ukrayna münaqişəsinin iştirakçısıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini Vladimir Cabarov deyib.

Belə ki, bundan əvvəl Avropa ölkəsinin xarici işlər naziri Jan-Noel Barro Ukraynada Fransa hərbçilərinin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hərbçilər orada təlim və texniki dəstək məqsədilə fəaliyyət göstərirlər.

Diplomat vurğulayıb ki, Paris münaqişənin iştirakçısı deyil və olmaq niyyətində də deyil, lakin Ukrayna ordusunu dəstəkləyir.

Senator bu açıqlamaya belə münasibət bildirib:

“Maraqlı düşüncə tərzidir, elə deyilmi? Paris hərbçilər, təlimatçılar göndərir, sursat, təchizat və pul ayırır, amma bununla belə, münaqişənin iştirakçısı olmadığını iddia edir. Mən isə hesab edirəm ki, Fransa münaqişənin iştirakçısıdır. Üstəlik, məncə, kəşfiyyatımızın bu qondarma fransız könüllülərini taparaq onlara zərbə endirməsinin vaxtı çatıb.

Ali Baş Komandan bu barədə dəfələrlə danışıb — Ukraynada olacaq bütün xarici qoşunlar və hərbçilər bizim üçün qanuni hədəf hesab olunur. Düşünürəm ki, bundan sonra bir çox Avropa ölkəsi belə missiya ilə Ukraynaya getmək istəyindən daşınacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: