WhatsApp Image 2026 11 18 at 14.26.00

Ermənistanın yeni Konstitusiyasının layihəsi bir həftə ərzində açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsinin nə vaxt ictimaiyyətə təqdim olunacağı ilə bağlı məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, Ermənistanın “Faktor” nəşri bu gün Ədliyyə Nazirliyindən layihənin dərc olunacağı tarixi soruşub. Nazirliyin mətbuat katibi Mariam Melkumyan suala mənfi cavab verib.

Bununla yanaşı, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvlərindən biri nəşrə bildirib ki, Konstitusiya layihəsi bir həftə ərzində dərc olunacaq.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət hazırlayır. Həmin müraciətdə layihənin ictimaiyyətə təqdim olunacağı barədə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar var. Rəsmi Bakı haqlı olaraq bu iddiaların aradan qaldırılmasını tələb edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: