Rus hərbçilərindən Ermənistanda müəmmalı addım

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının Ermənistanda yerləşən antiterror bölmələri Gümrü qarnizonunun ərazisində təlim keçiriblər.

Globalinfo.az xəbər verir ki, hərbçilər zirehli transportyorun müşayiəti ilə şərti düşmənin “diversiya-kəşfiyyat qrupunun” nəzarət-buraxılış məntəqəsi və yaxın ərazilərə hücumunun qarşısını alıblar.

“Diversiya-kəşfiyyat qrupunun” zərərsizləşdirilməsindən sonra kinoloji bölmələr tərəfindən avtomobil texnikası və nəzarət-buraxılış məntəqəsi ətrafında partlayıcı qurğuların olub-olmaması yoxlanılıb.

Təlim zamanı döyüş şəraitinin formalaşdırılması üçün müxtəlif imitasiya vasitələrindən istifadə olunub.

Rusiya-Ermənistan münasibətlərində soyuq küləklərin əsdiyi bir vaxtda belə bir təlimin keçirilməsi sosial şəbəkənin erməni seqmentində müəmma kimi qarşılanıb.

Tahir Turan
Globalinfo.az