elektrik enerjisi

Siyəzən sakinini elektrik cərəyanı vurub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Sədan kəndinin ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.

6 baş inək tələf olub, xəstəxanaya yerləşdirilmiş S.Əhmədovun vəziyyəti qənaətbəxşdir.

Araşdırmalar aparılır.

Paylaş: