Siyəzəndə mikroavtobus aşdı, yaralılar var – YENİLƏNİB

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Globalinfo.az bildirir ki, “Report”un Şimal bürosu xəbər verir ki, bunlar aşağıdakılardır:

1) 1978-ci il təvəllüdlü Hüseynov Gülnarə Balağa qızı

2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı

3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı

4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı

5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı

6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı

7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı

8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı

9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı

10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.

Xəsarət alanlardan səkkizi evə buraxılıb, iki nəfərin isə müalicəsi Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzində davam etdirilir.

Məlumata görə, xəsarət alan sərnişinlərin hamısı Zarat kəndindən olan qadınlardır və onlar parnikdə işləyən fəhlələr olublar.

Hadisə də səhər saatlarında onların iş yerinə gedən zaman baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

X X X

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir.

***09:48

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Zarat kəndi ərazisində mikroavtobus aşıb.

Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.