abdel fattah al sisi8

Misir Prezidenti Əbdülfəttah Sisinin Türkiyəyə səfəri ləğv olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Səfərin təxirə salınmasına səbəb kimi Misir Prezidentinin Sankt- Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakı göstərilib.

Qeyd edək ki, daha əvvəl Sisinin iyulun 27-də Türkiyəyə səfər edəcəyi , bu çərçivədə Rəcəb Tayyib Ərdğanla görüşəcəyi açıqlanmışdı. Misir və Türkiyə 10 il müddətində davam edən diplomatik gərginlikdən sonra qarşılıqlı səfir təyin etməyi qərarlaşdırmışdılar.

Tahir Turan
Globalinfo.az

 

Paylaş: