Şirvanda 13 yaşlı məktəbli bıçaqlandı – DİN-dən açıqlama

Bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirib ki, sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.