Paşinyanın Rusiyaya səfərinin ilk nəticəsi – Sürpriz

Ermənistanın Rusiyadan aldığı silahların bir partiyası artıq tədarük edilib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan deyib.

“Silahlar Ermənistana bu yaxınlarda gətirilib. Bu tədarük Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində həyata keçirilib”, – Q.Melkonyan bildirib.

Qeyd edək ki, rəsmi İrəvan ödənişin edilməsinə rəğmən Moskvanın silahları təhvil vermədiyini dəfələrlə gündəmə gətirib.

Silahların Baş nazir Nikol Paşinyanın Sankt-Peterburq səfərindən sonra göndərilməsi diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az