iran abs danisiqlar

ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik təmaslarını davam etdirir. Bununla yanaşı, zərurət yaranacağı halda iyulun 10-na keçən gecə İrana qarşı yeni hərbi zərbələr endirməyə də hazır olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Silahlı Qüvvələri mümkün əməliyyatlar üçün tam hazırlıq vəziyyətində saxlanılır. Lakin Vaşinqton hazırkı mərhələdə böhranın diplomatik yollarla həllinə üstünlük verir:

“Regiondakı vəziyyət sürətlə dəyişir və İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı hələ də gündəmdə qalır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: