Sərxoş “Prius” sürücüsü zəncirvari qəza törətdi – VİDEO

Bakıda zəncirvari qəza olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2 “Toyota Prius” markalı avtomobillə 2 “Hyundai Elantra” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

İlkin məlumata görə, “Toyota Prius” markalı maşınlardan birini idarə edən sürücü sərxoş vəziyyətdə olub.

Video Qafqazinfo.az-a məxsusdur: