Sərxoş kişi ailəsi ilə dalaşdı, evi yandırdı

Abşeronda kişi yaşadıqları evdə yanğın törədib.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə gecə saatlarında Xırdalan şəhərində baş verib. 52 yaşlı şəhər sakini Ş. Məmmədov ilə ailə üzvləri arasında mübahisə yaranıb. Bu zaman sərxoş vəziyyətdə olan Ş. Məmmədov içində benzin olan plastik kanistri həyətdən evə gətirib və dəhlizə tökərək yandırıb.

Nəticədə özü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xanımı S. Məmmədova isə tüstüdən zəhərlənib. Hər iki şəxs qeyd olunan diaqnozlarla xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.