Sərkisyan detalları açdı: Paşinyanın Xankəndi ilə bağlı 3 maddəlik planı budur

Ermənistan hökumətinin əsas məqsədi hakimiyyəti hər şeyə rəğmən əldə saxlamaqdır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Bu, qırmızı xətləri keçən istənilən hakimiyyət üçün normaldır. Yəni Rusiyaya deyirlər ki, “Moskvacan, mənə Qarabağ lazım deyil, əgər sənə lazımdırsa, onu özün saxla”. Hakimiyyətə lazımdır ki, qarabağlılar Qarabağda qalsın. Bununla da hökumət üç məsələni həll edir:

1. Moskvaya öz sülhməramlılarını Qarabağda saxlamaq üçün əsaslar verir;

2. Üzərinə 100 min qarabağlını Ermənistanda yerləşdirməklə bağlı əlavə sosial öhdəlik götürmür;

3. Öz hakimiyyəti üçün 100 min vətəndaş tərəfindən əlavə risk yaratmır.

Qarabağın verilməsi kombinasiyası bizim xarici siyasətimizdə yeganə prosesdir ki, çoxmərhələli xarakter daşıyır və dəqiqliklə işlənilib”, – o bildirib.

Qeyd edək ki, Xankəndi də daxil olmaqla rus sülhməramlarının müvəqqəti yerləşdiyi ərazilər Azərbaycanın beynəlxalq aləmdə tanınan suveren əraziləridir. Orada yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır.

İlkin
Globalinfo.az