Serial çəkilişində yanğın: aktyorlar xəstəxanaya yerləşdirildi

“TRT”də yayımlanacaq “Fatih” serialının çəkilişi zamanı yanğın hadisəsi baş verib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gecə saat 00:15-də başlayan yanğın qısa zamanda böyüyüb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım heyəti cəlb edilib.

Aktyorlar da dumanda qaldığı üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, serialın baş rolunu Sərkan Çayoğlu canlandıracaq.