Seriala görə Bakıda yolu bağladılar – VİDEO

“Körpü” serialının davamı olan “Körpünün o tayı”ndan yeni görüntülər yayımlanıb.

Globalinfo.az Olay-a istinadən xəbər verir ki, layihənin Nəsimi rayonu ərazisində gerçəkləşən çəkilişlərində yolun bağlanması gözdən qaçmayıb.

Görüntüləri serialın rejissoru Emil Quliyev sosial media hesabında paylaşıb.

Qeyd edək ki, ekran işi yeni sezonda İctimai Televiziyada yayımlanacaq.