Azərbaycan separatçılığı təbliğ edən erməniəsilli şəxsi axtarışa verib.
Bu barədə Globalinfo.az-a Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycanın Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, – məlumatda qeyd olunub.