Separatçılara ağır zərbə: önəmli müəssisələr bağlandı

Qarabağdakı separatçıların daha bir neçə müəssisəsi fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

İddia edilir ki, bölgədə bəzi süd emalı müəssisələri bağlanıb:

“Buna səbəb heyvanlara yem daşınmasında yanacaq çatışmazlığı səbəbilə problem yaranmasıdır. Heyvanların məhsuldarlığı 40-50 faiz azalıb”.

Tamerlan Yayaqan
Globalinfo.az