Separatçılar hücuma start verirlər – Bakıya qarşı gizli “qurum”

Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı qondarma “beynəlxalq komitə” yaradıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Məlumata görə, separatçıların qondarma “parlamentinin” kukla deputatları ötən həftənin şənbə günü toplantı keçirib. Maraqlıdır ki, bu toplantı haqda heç bir məlumat verilməyib və gizli saxlanılıb. Buna səbəb Ermənistan hakimiyyətinin toplantıya icazə verməməsidir. Bu, separatçıların İrəvana qaçışından sonra ilk toplantısıdır.

Nəşr yazır ki, toplantıda bir sıra məsələləri müzakirə edən separatçılar Qarabağ məsələsi üzrə “beynəlxalq komissiya” yaradıblar. Qondarma “beynəlxalq komissiyanın” əsas işi beynəlxalıq platformalarda separatçıların iddialarının qaldırılması, Azərbaycana qarşı işin aparılmasıdır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskayanın ideyası olan bu qondarma “komissiyaya” ermni diasporu və lobbisinin də qoşulacağı, Azərbaycana qarşı aparılan beynəlxalq kampaniyalara dəstək verəcəkləri haqda məlumatlar var.