Separatçılar “əsas silah”larını Xocavənd yolunda itirdilər

Qarabağdakı separatçıların Xankəndidə təşkil etdikləri “mitinq” tamaşası davam edir.

Globalinfo.az xəbər verir ki, Xocavənddəki ermənilər Xankəndi aksiyasına qoşulmaq istəsələr də, ora gedib çıxa bilməyiblər. Bildirilir ki, onlar üçün ayrılmış avtobusun yolda yanacağı tükənib. Separatçı liderlərə yaxın şəxslər ermənilərə aksiya ərazisinə piyada getməyi təklif ediblər, lakin bu istək rədd edilib.

“Sarsılmaz iradə” şüarı ilə aksiyaya qatılmaq istəyən qrup yolda qalıb. Beləcə separatçılar “əsas silah”ları olan “sarsılmaz iradələrini” Xocavənd-Xankəndi yolunda itiriblər.

Tahir Turan
Globalinfo.az