Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, H.Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvətilə Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşündə iştirak edəcək.

Türkiyəli nazir həmçinin görüş çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasında və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək

Tahir Turan 
Globalinfo.az