İran Pakistanı belə vurdu: hücumun ilk görüntüsü – VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Pakistandakı “Ceyş əl-Ədl” qruplaşmasının bazasına hücumunun görüntüləri üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, “Sputnik” görüntüləri “hücumun ilk videosu” başlığı ilə yayıb.

İran tərəfi qruplaşmanı “terror təşkilatı” adlandırıb və bir qədər əvvəl Rask şəhər polis bölməsinə hücum etdiyini, nəticədə 11 polisin öldüyünü xatırladıb.

Qeyd edək ki, Pakistan tərəfi məsələyə görə İrana nota verib.

Ayşən Mustafa
Globalinfo.az