Avropa İttifaqı ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Aİ-nin daxili işlər nazirlərinin görüşü zamanı qərar verilib.
Aİ-nin Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı isə dəstəkləməkdən imtina edib.
Aİ-nin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.
Qeyd edək ki, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2007-ci ildə Şengen zonasına qoşulub.
Həmçinin, 2008-ci ildə Aİ-nin üzvü olmayan İsveçrə də bölgəyə daxil edilib.
Xatırladaq ki, Xorvatiyanın qoşulması ilə 27 ölkənin üzv olduğu Şengen bölgəsinə 60-dan çox ölkənin vətəndaşları vizasız gedə bilər.