Şəmkirdə 10 otaqlı evdə yanğın – VİDEO

Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.aza verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360m² olmaqla ümumi sahəsi 720m² olan ikimərtəbəli on otaqlı evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210m² sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.