Selçuk Bayraktardan Xocalı soyqırımı ilə bağlı paylaşım – FOTO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi… Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm”, – deyə o, paylaşımında vurğulayıb.