69c6b043708e169c6b043708e2177462893069c6b043708dd69c6b043708df

Şəki rayonunda baş verən yanğın söndürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində sahibləri məlum olmayan iki ailəyə məxsus, bir dam altında tikilmiş ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bundan əlavə, Xalidə Əliyevaya məxsus ikimərtəbəli 5 otaqlı evin dam örtüyü və köməkçi tikilinin yanar hissələri zərər görüb.

Həmçinin Məsud Məmmədova məxsus birmərtəbəli iki otaqlı evin dam örtüyünün 15 kvadratmetrlik hissəsi yanıb.

Evlərin qalan hissəsi və ətrafdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, axşam saatlarında Şəkinin Dodu məhəlləsində hazırda yaşayış olmayan fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın genişlənərək qonşu evə də keçib.

Hazırda əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

69c6b043ea18269c6b043ea183177462893069c6b043ea17e69c6b043ea17f 69c6b043087da69c6b043087db177462893069c6b043087d769c6b043087d8 69c6b0428c27c69c6b0428c27d177462893069c6b0428c27a69c6b0428c27b

Paylaş: