sehid polkovnikler

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.

Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.

Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.

Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov

380406882 1243900269633355 8820949165011854443 n 381068974 277373791806826 1107876293615994095 n

Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov

378181399 18313501411108028 8672152482048101207 n 382215538 888268652669197 5093654130101963104 n

Paylaş: