Savaş ehtimalı artır: Çin ordunu Vaşinqtonun bəlasına tapşırır

Li Şanfu Çinin yeni müdafiə naziri seçilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Sinxua” agentliyi yayıb.

Maraqlı məqam Şanfunun Rusiya ilə əlaqələrə görə, ABŞ-ın sanksiyaları altında olmasıdır.

Yeni qərarla Şanfunun adı Çin Mərkəzi Hərbi Şurasının yenilənmiş tərkibinə də daxil edilib.

Qeyd edək ki, Şanfu 2016-2017-ci illərdə Çinin Strateji Qüvvələrinin komandanının müavini kimi çalışıb. O, 2018-ci illərdə ABŞ sanksiyaları altına düşüb. Buna əsas səbəb Şanfunun Rusiyadan Su-35 və S-400 alışının əsas lobbiçiliyini aparması olub. Üstəlik, ABŞ-ın bu addımı sayəsində Şanfu Rusiya ilə hərbi razılaşmaya görə sanksiyalara məruz qalan ilk şəxs olub. Məhz bu təyinatın Pekinin Vaşinqtonla münasibətlərini daha da kəskinləşdirəcəyi gözlənilir.

İlkin Həsənov
Globalinfo.az