Suriya Prezidenti Əhməd Əl Şaraanın qadınlarla bağlı çıxışı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Doha Forumunda danışıb.
Şaraa ölkəsində qadınların cəmiyyətdəki rolunun gücləndirildiyini və onların hüquqlarının tam şəkildə qorunduğunu deyib:
“Suriyalı qadınlar güclüdür, onların hüquqları qorunur və təmin olunur. Biz qadınların hökumətdə və parlamentdə tam iştirakını təmin edirik. Onlar üçün narahat olmayın, narahat olmalı olan suriyalı kişilərdir”.