ukrayna ab nato getty 1725486 2

NATO sammiti yenicə start götürsə də, artıq toplantının yekun sənədi ilə bağlı informasiyalar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, “Spiegel” yekun sənədin detallarını öyrənə bilib.

Qeyd olunur ki, sammitə hazırlıq zamanı üzvlər yekun deklarasiya mətnini razılaşdıra bilməyiblər. Ancaq hazırda “Ukraynanın NATO ilə gələcəyi” barədə siyasi sənəd layihəsi yayılmağa başlayıb.

Bununla belə, Ukraynanın NATO-ya qoşulmaq vaxtı açıqlanmayacaq. Alyansa dəvət isə təşkilatın üzvlərində Ukraynanın bütün şərtləri yerinə yetirməsi qənaəti formalaşacağı halda mümkün ola bilər.

Yekun olaraq Vilnüsdəki sammit onu göstərir ki, Ukrayna və NATO 2008-ci ildə başladıqları vəziyyətə geri qayıdıblar.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: