Şamil Ayrım: “Vəziyyətimiz yaxşıdır, hər ehtimala qarşı xəstəxanadayıq”

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Azərbaycanda səfərdə olarkən keçirdiyi yol qəzası ilə bağlı paylaşım edib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, paylaşımda deyilir:

“Azərbaycan səyahətimizdə hörmətli Binəli Yıldırım ilə eyni avtomobildə yol qəzası keçirdik. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır. Hər ehtimala qarşı xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” arzularını çatdıran hər kəsə təşəkkür edirəm”.