erdogan iclas

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetnin iclası baş tutub.

Globalinfo.az xəbər verir ki, toplantı təxminən 8 saat davam edib.

***

İclasın yekununda dövlət başçısı mətbuata açıqlamalarla çıxış edib.

O, Azərbaycana səfərindən də danışıb.

“Tək millət, iki dövlət” şüarı ilə can Azərbaycanla qurduğumuz əlaqələrimizə bütün dünya qibtə edir. Biz bacı-qardaşlarımızı ehtiyac duyduğumuz zaman hər zaman yanımızda gördük. Zəlzələlərdən sonra Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də, qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi bir daha təsdiqlədik. Qarabağda dalğalanan Azərbaycan bayrağını qardaşlığımızı rəmzi olaraq görürük ”, – deyə Ərdoğan bildirib.

Paylaş: