Şamaxıda dağlıq hissədə 7 hektarlıq sahə yandı – VİDEO / YENİLƏNİB

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***18:15

Şamaxıda 7 hektarlıq sahə yanır, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***17:00

Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir.

Şamaxıda dağlıq ərazi yanır - FOTO - YENİLƏNİB Şamaxıda dağlıq ərazi yanır - FOTO - YENİLƏNİB

***15:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.