Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Orucov Faiq Eldar oğlu Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.