vb 0112

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun “Hyundai” markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

X X X

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza aprelin 27-də saat 15:30 radələrində qeydə alınıb. Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu “Hyundai” markalı minik maşını ilə toqquşub.

İddialara əsasən, qəzaya manevr qaydalarının pozulması səbəb olub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yaşıllıq sahəyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş: