Sabirabadda ağır qəza: yaralananlar var

Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Sabirabad şəhəri Muğan küçəsində baş verib.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan Əli Nəzərov və Məhərrəm İslamov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.