Şəhriyar Məmmədyarov Karlsenlə bacarmadı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun III turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.

Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.