Şimali Koreya lideri Kim Çen İn qızı Kim Çju E ilə birlikdə yeni hərbi gəminin silahlanmaya qəbul edilməsi mərasimində iştirak edib.
Globalinfo.az xəbər verir ki, mərasim sentyabrın 6-da Vonsan şəhərində keçirilib. Kim Çeni tədbirdə həyat yoldaşı Li Sol Çju da müşayiət edib.
Kim Çju atasının yanında mərasimin əsas iştirakçılarından olub. Daha sonra Kim Çen hərbi gəmi heyəti ilə xatirə fotosu çəkdirib.
“Kan Qon” adlı gəmi 2025-ci ildə suya buraxılarkən qəza keçirmiş, sonradan bərpa edilərək yenidən suya buraxılmışdı. Gəmi “Çhve Hön” sinfinin ikinci hərbi gəmisi hesab olunur.