Səfir: “Fransa Senatının qətnaməsi sülhyaratma prosesinə kölgə salır”

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Senatın Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, diplomat Tvitter hesabında bildirib ki, Senatın 15 noyabr tarixli qərarı bir daha reallığa uyğun gəlməyən səhv yanaşmadan xəbər verir.

Diplomat bildirib ki, bu qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir və regionda sülhyaratma prosesinə kölgə salır.