Ruslardan Xersona kasetli sursatlarla hücum: ölənlər var

Rusiya ordusu bu gün Xerson vilayətini kütləvi atəşə tutub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak teleqramda yazıb.

Onun sözlərinə görə, hücum kasetli sursatlarla həyata keçirilib: “Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.