Rusiyalı deputat sükan arxasında öldü

Rusiyanın Blaqoveşensk Şəhər Dumasının deputatı Georgi Popov şəxsi avtomobilində ölü tapılıb.

Globalinfo.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə,  sükan arxasında olan zaman deputatda qıcolma başlayıb, nəticədə idarəetməni itirərək xəndəyə düşüb.

Təcili yardım gələnə qədər 44 yaşlı millət vəkili dünyasını dəyişib.

 Zaira Akifqızı, Globalinfo.az