Kılıçdaroğlunun qalmaqallı paylaşımı haqda Rusiyadan AÇIQLAMA

“Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsindən söhbət belə gedə bilməz. Bu şayiələri yayanlar yalançılardır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya digər ölkələrin daxili işlərinə və elektoral proseslərinə müdaxilə etmir.

Peskov həmçinin Rusiyanın Türkiyə ilə münasibətlərə dəyər verdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Rusiyaya müraciət edərək seçkilərə müdaxilə etməməsi gərəkdiyini söyləyib. O, əks təqdirdə seçkidən sonra Ankaranın ona qarşı mövqeyinin dəyişəcəyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az