Rusiyanın Ufa şəhərində bir nəfər Başqırd Dövlət Tibb Universitetinin yataqxanasına bıçaqla hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Hücum nəticəsində 4 tələbə və bir polis məmuru yaralanıb. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar.
Rusiya hüquq mühafizə orqanları hücum edən şəxsi saxlayıblar.
Əliyar Xəlil
Globalinfo.az