“Qələbə paradına təkcə MDB liderləri dəvət almayacaq”.
Globalinfo.az xəbər verir ki. bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bir çox dövlət və hökumət başçıları parada dəvət olunur. Bayrama yaxınlaşdıqca, onların kimliyi haqda məlumat verəcəyik. SSRİ ilə birlikdə faşizmə qarşı döyüşən, amma indi dost olmayan ölkələrin nümayəndələrinin tədbirə dəvət alıb-almayacaqları hələ dəqiqləşdirilməyib. Amma Moskva bu çox mühüm yubileyi qeyd etməyə gələn hər kəsi qarşılayacaq”, – Peskov vurğulayıb.
eyd edək ki, Avropa İttifaqının üzvü olan Slovakiyanın baş naziri Robert Fiko Moskvaya Qələbə Paradına gəlməyə hazır olduğunu açıqlayıb.
Vladimir Putin BRİKS sammiti çərçivəsində xarici liderlərlə ikitərəfli görüşlər zamanı fürsətdən istifadə edərək onları Qələbənin 80-ci ildönümünü qeyd etməyə çağırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az