Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kazan-Adler sərnişin qatarının vaqonlarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 140-a çatıb.
Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib, onlardan 3-ü uşaqdır.