Rusiyada kənd yanır – VİDEO

Sverdlovsk vilayətinin 170 evdən ibarət olan Şaydurixa kəndində yanğın artıq 27 evi əhatə edib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.

O bildirib ki, yanğın səbəbilə 58 nəfər müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürülüb.