İrəvandakı abidə təhqir edildi: Rusiya hərəkətə keçdi – FOTO

İrəvanda Leninqrad mühasirəsindən sağ çıxan ac uşaqların xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına görə Rusiyada cinayət işi açılacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstəriş verib.

Həmçinin Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov da abidənin təhqir olunmasına görə Ermənistanın baş prokuroru Anna Vardapetyana müraciət edib.

Qeyd edək ki, abidə II Dünya müharibəsi zamanı Leninqraddan Ermənistana köçürülən 200 uşağın xatirəsinə həsr olunub. Yanvarın 29-da İrəvan sakini Samvel Şirinyan abidə önündəki çələngləri təpiklə vurub, Rusiya bayrağının rənglərində olan lentləri tapdalayıb və həmin anları lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

Ayşən Mustafa
Glolinfo.az