a 9

Latviyanın müdafiə naziri Andris Spruds 7 may gecəsi respublika hava məkanına daxil olan Ukrayna dronlarının vurulmamasından sonra istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Nazir qeyd edib ki, dronların zərərsizləşdirilməsi birbaşa həm hərbi rəhbərliyin, həm də siyasi rəhbərlik olaraq onun məsuliyyətinə daxildir.

“Dronlar vurulmalıdır, bu, ilk növbədə silahlı qüvvələr rəhbərinin və siyasi lider kimi mənim məsuliyyətimdir”, — deyə Spruds bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: