Ermənistanda Leninqradla bağlı abidə təhqir olundu

Ermənistanda İkinci Dünya müharibəsi zamanı uzun müddət mühasirədə qalan Leninqrad şəhərinin uşaqlarına həsr olunmuş abidə təhqir edilib. 

Globalinfo.az xəbər verir ki, vandalizm aktını erməni fəal Samvel Şirinyan həyata keçirib.

O, abidənin önündəki Rusiya bayraqlarını tapdalayıb. Daha sonra abidənin önünə qoyulmuş əklillərə təpik vurub.