Rusiyada hərbi təyyarə qəzaya uğradı – Anbaan video

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol vilayətində qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar katapult əməliyyatını həyata keçiriblər, 3 ekipaj üzvü axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib, hazırda daha bir pilotun axtarışı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub

Onlar xəstəxanaya aparılıb.