Bu gün Moskvada Rusiya Daxili İşlər Nazirliyinin əsas binasında yanğın baş verib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində qeydə alınıb. Orada tikinti materialları yanıb. Belə ki, yanğın təmir işləri zamanı baş verib. Oradakı tikinti materialları alovlanıb.
Məlumatda qeyd edilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları özləri binanı tərk edib. Daha sonra hadis yerinə yanğınsöndürənlər cəlb olunub.
Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib ki, beş fəhlə binanı özü tərk edib, zərərçəkənlər barədə isə hələlik məlumat yoxdur.